• 5 Fevral 2025
logo
“Bu qərar Türkiyənin "Sülh çeşməsi” əməliyyatına cavabdır”

“Bu qərar Türkiyənin "Sülh çeşməsi” əməliyyatına cavabdır”

Kənan Rövşənoğlu: “Kürd planının iflasa uğraması Vaşinqtonda qəzəblə qarşılandı”

“Bu qərar açıq formada Türkiyənin "Sülh çeşməsi” əməliyyatına cavabdır. Türkiyə hakimiyyətinin Vaşinqton administrasiyasına təzyiq edib Suriyanın şimalından çəkilməsinə nail olması, kürd planını iflasa uğratması Vaşinqtonda siyasi dairələrdə, həm demokrat, həm də respublikaçılar arasında qəzəblə qarşılandı.Yalnız "erməni soyqırımı" qətnaməsi deyil, eyni zamanda Türkiyəyə qarşı sanksiyalar haqqında qanun layihəsi də Konqresdən keçib, artıq Senatdadır”. Bu fikirləri siyasi Ekspert Kənan Rövşənoğlu “Xalq Cəbhəsi”nə açıqlamasında ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma erməni soyqırımını rəsmən tanımasını şərh edərkən deyib. O. Bildirib ki, əgər bu Senatdan da keçərsə, o zaman Türkiyəyə qarşı geniş miqyasda sanksiyalar gələ bilər: “Təcrübə göstərir ki, hər dəfə Türkiyə və ABŞ arasında münasibətlər korlananda ermənilər bu fürsətdən maksimum yararlanmağa çalışır. Məncə artıq əməliyyatlar da başa çatdığı və Türkiyə elan etdiyi hədəfinə çatdığı üçün indi Vaşinqtonla münaisbətləri yumşaltmağa, əlaqələri gücləndirməyə çalışmalıdır. Çünki bunu fürsət bilən çox ciddi qüvvələr var. Trampın SDQ komandanı PKK terrorçusu Mazlum Kobanini Vaşinqtona dəvət etməsi bu siyasətin bir başqa tərəfidir. Bu mənada indi Ankara Vaşinqtonla əlaqələri yumşaltmağa çalışsa da çox qazanc əldə edə bilər”.