• 12 İyul 2025
logo
Böyük Britaniya Baş Nazirinin elçisi: Azərbaycan ilə münasibətləri daha da sıx etmək əsas məqsədimizdir

Böyük Britaniya Baş Nazirinin elçisi: Azərbaycan ilə münasibətləri daha da sıx etmək əsas məqsədimizdir

Azərbaycan Prezidenti İlham Əliyev ilə dünən çox məhsuldar və pozituv görüş keçirildi.
Bunu Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə Londonda olub: "Sonuncu dəfə Azərbaycan Prezidenti ilə "BP" ilə birlikdə "Əsrin Müqaviləsi"nin sonrakı mərhələsi üzrə imzalanma mərasimində görüşmüşdüm. Ümid edirəm ki, Azərbaycan Prezidenti yenə də Londona səfər edəcək və onunla görüşmək imkanımız olacaq. Onu yenidən qəbul etmək bizim üçün böyük şərəf olar".
Baş Nazirin elçisi hesab edir ki, bu səfərlər Azərbaycan ilə Böyük Britaniya arasında münasibətləri daha sıx və yaxın edir: "Bu da bizim əsas məqsədimizdir. Çünki nəzərə almalıyıq ki, Böyük Britaniya Avropa İttifaqını tərk edir, ona görə də bu, bizim üçün kifayət qədər mühüm məsələdir".