• 30 İyul 2025
logo
“Milli hədəflərimizə doğru getməliyik”

“Milli hədəflərimizə doğru getməliyik”

“Digər rayonlarımızda olduğu kimi, Cəbrayıl ərazisində də işğalçı ölkə salamat bir bina saxlamayıb, hər şeyi yer üzündən silib”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bunu millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, hətta dəmiryol relsləri, elektrik dirəkləri yoxdur, sökülüb daşınıb: “Vəhşi bir qəbilənin barbarlığının şahidi olmaq istəyənlər işğaldan azad olunmuş ərazilərimizi gözləri ilə görməlidir. Video və fotoşəkillər yerində görməyin təsirini vermir. Bərpa olunası heç nə yoxdur. Hər şey yenidən tikilməli, dirçəldilməlidir. Bundan ötrü ilk növbədə, torpaqlarımız ANAMA tərəfindən minalardan təmizlənir. Ərazilərimizin dirçəldilməsindən ötrü milyardlarla manat vəsait, işçi qüvvəsi, ən başlıcası, zaman, milli birliyimiz və dövlətimizin güclü olması gərəkdir. Biz daim yumruq kimi bir olub milli hədəflərimizə doğru getməliyik”.