• 22 Dekabr 2024
logo
Bələdiyyə seçkilərində iştirak üçün müraciət edən partiyaların sayı 11-ə çatıb

Bələdiyyə seçkilərində iştirak üçün müraciət edən partiyaların sayı 11-ə çatıb

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların sayı 11-ə çatıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyasının dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsinin qeydə alınması ilə seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb.
Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyəti nümayəndələri qeydə alınmışdı.