• 22 Dekabr 2024
logo
"Mühacir alverçilәri"nin həbsi Avropa üzrә genişlәnәcәk, sırada Hollandiya vә İsveçdir - Yafəz Əkrəmoğlu

"Mühacir alverçilәri"nin həbsi Avropa üzrә genişlәnәcәk, sırada Hollandiya vә İsveçdir - Yafəz Əkrəmoğlu

Almaniyada müsavatçı "mühacir alverçilәri" bandasına qarşı açılan cinayәt işi, hәmçinin hәbslәr Avropa üzrә genişlәnәcәk.

Trend-in məlumatına görə, bu haqda Avropada yaşayan keçmiş müsavatçı jurnalist Yafəz Əkrəmoğlu deyib.

Onun sözlərinə görə, bu banda bütün Avropa ölkәlәrinә yayılıb. "Sırada Hollandiya vә İsveçdәki banda üzvlәridir. Bandanın Avropa üzrә başçısı isә elә Hollandiyada yaşayır" - deyə jurnalist bilirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cnayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir.