• 30 Dekabr 2024
logo
Dağlıq Qarabağın azərbaycanlı icması erməni icma ilə danışıqlara hazırdır - Tural Gəncəliyev

Dağlıq Qarabağın azərbaycanlı icması erməni icma ilə danışıqlara hazırdır - Tural Gəncəliyev

Dağlıq Qarabağın azərbaycanlı icması erməni icma ilə danışıqlara hazırdır.

Bunu Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, belə bir təklif olarsa, icma qarşı tərəflə dialoq apara bilər: "Azərbaycanlı jurnalistlərin Dağlıq Qarabağa və Ermənistana, erməni jurnalistlərin isə Azərbaycana səfəri danışıqlar prosesi üçün çox əhəmiyyətli idi. Bu prosesin davam etdirilməsi irəliləyişə səbəb ola bilər. Əgər bu proses çərçivəsində azərbaycanlı və erməni icmalarının da görüşü, qarşılıqlı səfərləri təklif edilərsə, biz bu görüşə və dialoqlara hazırıq, bu təklifi dəstəkləyirik".