• 30 Aprel 2024
logo
Britaniya Azərbaycanın ATƏT TƏF-ə sədrliyi dövründəki prioritetlərini dəstəkləyir

Britaniya Azərbaycanın ATƏT TƏF-ə sədrliyi dövründəki prioritetlərini dəstəkləyir

“Britaniya Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyini müvəffəqiyyətlə yerinə yetirməsi üçün onunla işləməyə hazırdır".
Bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter"də bildirib.
Britaniyalı diplomat Azərbaycanı ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi münasibətilə təbrik edib.
“Biz silahlara nəzarət və Qadınlar Sülh və Təhlükəsizlik üzrə Azərbaycanın prioritetlərini dəstəkləyirik. Azərbaycanın Fəaliyyət Planını həyata keçirməyini səbirsizliklə gözləyirik”, - səfir qeyd edib.