• 21 Dekabr 2024
logo
Bələdiyyə seçkilərində iştirak edəcək namizədlər və siyasi partiyaların yekun SAYI məlum oldu

Bələdiyyə seçkilərində iştirak edəcək namizədlər və siyasi partiyaların yekun SAYI məlum oldu

Azərbaycan dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərinə start verildiyi gündən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi kampaniyası başlanıb və sevindiricidir ki, bu mərhələ heç bir xoşagəlməz hal baş vermədən şəffaf mühitdə müxtəlif siyasi qüvvələrin fəallığı ilə diqqət çəkir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, öz namizədləri ilə seçkilərə qatılmaq niyyətində olan 13 siyasi partiya tərəfindən səlahiyyətli nümayəndələrin qeydə alınması üçün MSK-ya ünvanlanan müraciətlərə müsbət reaksiya verilərək, siyasi partiyaların təqdim etdiyi bütün şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Onun sözlərinə görə, dairə seçki komissiyalarına siyasi partiyalar tərəfindən, öz təşəbbüsü ilə və seçicilərin təşəbbüs qrupları tərəfindən olunan müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş vaxtda və qaydada baxılaraq 42 769 nəfərin namizədliyi təsdiq olunub:

“Müraciət edənlər arasında öz təşəbbüsləri ilə seçkilərə qatılan 35 siyasi partiyaya mənsub vətəndaşların olması da bələdiyyə seçkilərinə ölkə ictimaiyyətinin müxtəlif siyasi baxışlı kəsimlərinin marağının aşkar göstəricisidir. Seçkilərdə iştirak edən bütün namizədlərə imzatoplama kampaniyasına başlamaq üçün vaxtında və lazımi sayda imza vərəqələri verilib, onlar sərbəst şəkildə imzatoplama kampaniyası həyata keçiriblər. Qeydiyyat üçün tələb olunan sayda seçici imzaları toplanan imza vərəqələrini və digər sənədləri dairə seçki komissiyalarına təqdim edən 41 872 nəfərin namizədliyi bu vaxtadək qeydə alınıb ki, bu da yerli özünüidarənin formalaşmasında ölkə elektoratına geniş seçim imkanı yaradır”.

MSK sədrinin müavini əlavə edib ki, seçki gününə hələ xeyli müddət qalmasına baxmayaraq, indiyədək artıq müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, müstəqil namizədləri təmsil edən və öz təşəbbüsləri ilə seçkilərə qatılan 8489 yerli müşahidəçi MSK və dairə seçki komissiyalarında akkreditasiyadan keçib.