BMT azad olunmuş ərazilərdə qiymətləndirmə missiyası həyata keçirəcək.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib ki, onlar Azərbaycan hökuməti ilə birlikdə azad olunmuş ərazilərdə qiymətləndirmə aparacaq.
Onun sözlərinə görə, məqsəd bu ərazilərin yenidən bərpası və minalardan təmizlənməsinə dair ən yaxşı plan nədən olduğunu öyrənməkdir.
“Azərbaycana 10 ekspert səfər edəcək. Onlar BMT, Dünya Bankı və Avropa İttifaqından nümayəndələri olacaq. Onlar martın 7-dən 17-ə kimi Azərbaycanda olacaq”, - V. Andreeva vurğulayıb.