• 27 Dekabr 2024
logo
Azərbaycan 180 Türkiyə vətəndaşının Xarkovdan təxliyəsinə kömək edib

Azərbaycan 180 Türkiyə vətəndaşının Xarkovdan təxliyəsinə kömək edib

“Azərbaycan Hava Yolları” Rumıniya ərazisindən qadın və uşaqları gətirmək üçün uçuşlar təşkil edəcək.
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.
Onun sözlərinə görə, yerli vaxtla saat 12:00-da Azərbaycan vətəndaşlarının qatarla Kiyevdən təxliyəsi başlayacaq: “Onlar Moldova sərhədinə və oradan isə Rumıniya ərazisinə keçərək Vətənə qayıdacaqlar”.
Nazir müavini vurğulayıb ki, vətəndaşların bir hissəsi isə Rumıniyadan Bolqarıstana, daha sonra Türkiyə vasitəsilə Azərbaycana gətiriləcək.
“Biz ilk gündən 180 Türkiyə vətəndaşının Xarkovdan təxliyəsinə kömək etmişik”, - Elnur Məmmədov vurğulayıb.