• 27 Dekabr 2024
logo
“Azadlıq” radosunun müti erməni sevgisi

“Azadlıq” radosunun müti erməni sevgisi

“Azadlıq” radiosunun “Azərbaycan redaksiyası” adlanan və qanunsuz faəliyyət göstərən təsisat ölkəmizə, xalqımıza qarşı ardı-arası kəsilməyən təxribatçı əməllərini davam etdirir. Gördüklərinə və eşitdiklərinə inanan istənilən azərbaycanlıya bu təxribat mənbəyinin internet üzərindən yayımlanan resurslarına bircə dəfə nəzər salması yetərlidir ki, “Azadlıq” radiosunun yürütdüyü informasiya siyasətinin Ermənistana, erməni diasporu və lobbisinə, həmçinin 30 illik işğal dövründə qəsbkarı himayə edən və hələ də bu çirkin, qərəzli əməllərindən əl çəkməyən mərkəzlərin maraqlarına xidmət etdiyinə əmin olsun. Bu baxımdan, bu klassik təxribatçıların və Eİİ-lərin (Erməni İnformasiya İfrazatçıları) naqislikləri məni uzun illərdir ki, təəccübləndirmir. Hər halda erməni kölələrinin Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yaşayan ermənilərlə bağlı hazırladıqları reportajı izləyənədək belə düşünürdüm. Amma erməni təbliğatının “düz bağırsaqları” “Qarabağ erməniləri qorxduqlarını deyirlər” adlı reportajlarıyla hətta məni də təəccübləndirməyi bacardılar. Bu reportajı ermənilər hazırlayıb, şübhəsiz. Amma tərcümə edən, səsləndirən, Azərbaycanın ictimai rəyinə sırımaq üçün tirajlayan “Azadlıq” radiosunun azərbaycanlı əməkdaşları və onların təxribatlarına züy tutan şərəfsiz trol yığınağıdır. Deməli, “Azadlıq” radiosunun qulbeçələri Azərbaycan hərbçilərinin ana südü kimi halal torpaqlartımızda səngər qazan separatçılara xəbərdarlıq etmələrindən narahat olublar və tez-tələsik səsgücləndiricilərlə edilən müraciətdən “qorxuya düşən” “biçarə”, “yazıq”, “məsum” ermənilərdən münasibət öyrəniblər. Bu “biçarə”, “yazıq”, “məsum”, əlisilahlı, şüurları azərbaycanlılara, türklərə nifrətlə zəhərlənmiş ermənilər də “Azadlıq” radiosunun elə onlar qədər “məsum” və şərəfsiz müxbirinə “qorxudan gözlərinə yuxu getmədiklərini”, rəzil olmamaq üçün “uşaqlarının yatağına girib altlarını batırdıqlarını və buna görə biçarə, günahsız uşaqlarını cəzalandırmağa məcbur olduqlarını” deyiblər. Sonuncu cümlənin bir hissəsi ironiyadır, şübhəsiz. Amma mahiyyət budur. Ermənilər hətta “azan səsinin də onları narahat etdiyini” deyirlər və adları “azərbaycanlı” olan erməni təbliğatının muzdluları da bütün bunları utanmadan, həya etmədən səsləndirib, “ürək ağrısı” ilə və bütün imkanlardan istifadə edərək Azərbaycan oxucusuna, dinləyicisinə, izləyicisinə sırımağa çalışırlar: Bəs etməyin, eləməyin, “biçarə”, “yazıq”, “fağır” ermənilər qorxudan altlarını batırırlar.
Doğrusu, anlaya bilsəm də, qəbul etməyə çətinlik çəkirəm. Azərbaycan torpaqlarını viran qoyan, vandalizmin misli görünməmiş nümunələrini “yaradan”, məscidlərimizi, ziyarətgahlarımızı murdarlayan, uçuran, donuz tövləsinə çevirən, günahsız körpələri, qadınları, ahılları amansız işkəncələrlə qətlə yetirən, xalqımızı soyqırımına məriz qoyan, yüzminlərlə soydaşımızın uzun illər boyu çadırlarda yaşamasına bais olan və hələ də qanımıza susayanların bu iyrənc, miskin təbliğatını aparan kəslərin “azərbaycanlı” olduqlarına inanmaq istəmirəm. Qürurum buna imkan vermir.
Bu iyrənc, miskin erməni hiyləgərliyinin növbəti təzahürü olan təxribatın məqsədi və hədəfi isə aydındır. Separatçılar və onların himayəçiləri “azan səsi”ni önə çəkməklə “müsəlman azərbaycanlıların xristian erməniləri qorxutduqlarını” islamafob dairələrə çatdırmaq və növbəti anti-Azərbaycan kampaniyasına rəvac vermək istəyirlər. Amma bu ləyaqətlərini sahiblərinin ayaqlıarı altına sərmiş nüfuz müvəkkillərinin biri də demir ki, “ay filan-filan şüdələr, Azərbaycanın az qala hər köşəsindən, ölkənin paytaxtından hər gün kilsə zənglərinin səsi gəlir, bütün dinlərin nümayəndələri bir-birinə “can” deyib, “can” eşidirlər, bəs siz niyə qorxursunuz azan səsindən? Nədir içinizdəki nifrətin, qəzəbin səbəbi? Axı bu müsəlman azərbaycanlılar vaxtilə sizə qucaq açıblar, son tikələrini – haram xoşunuz olsun – sizinlə bölüşüblər... Siz onların ata-baba yurdlarında yaşayırsınız...
Demirlər, çünki bu satqın sürüsünə milli təəssübkeşlik bir yana qalsın, insanlıq hissi belə yaddır.
...Bu “siyasi parnoqrafiya” resursunun digər səsli, görüntülü, yazılı təxrinatlarıyla tanış oluram. Hətta Ukraynada baş verənləri belə Azərbaycanın əleyhinə çevirməyə çalışırlar. Azərbaycanın humanizm prinsiplərindən çıxış edərək, Ukrayna xalqına göstərdiyi yardımla bağlı bircə kəlmə də deyilmir, yazılmır, göstərilmir. Əvəzində isə Azərbaycanın televiziya kanalları, informasiya resursları ittiham olunur, böhtana məruz qalırlar. Həm də günahsız insanların ölümünə səbəb olan hadisələrin üzərinə su səpdikləri, baş verənləri mahiyyəti üzrə, tərəf tutmadan təqdim etdikləri üçün... “Azadlıq” radiosuna və bu bu təxribatçı təsisatın başbilənlərinin qafa tasına görə, Azərbaycan mediası da öz maraqlarına görə dünyanı cəhənnəmə çevirənlərin təxribatçı, cinayətkar əməllərinin ifadəçisinə çevrilməlidir...
Zənnimcə, bu qədəri də bəs edir. Xalqımıza, dövlətimizə çamur atan, milli maraqlarımızı və ədalətli mövqeyimizi hədəfə alan, ölkəmizə qarşı təxribatlarını durmadan davam etdirən, bu qanunsuz təsisatın muzdlu informasiya terrorçuları qanun qarşısında cavab verməlidirlər. Həm də dərhal!

Elçin Mirzəbəyli