• 27 Dekabr 2024
logo
XİN: Bu günə kimi 4000-dək azərbaycanlı Ukraynanı tərk edib

XİN: Bu günə kimi 4000-dək azərbaycanlı Ukraynanı tərk edib

“Ukraynada yaranmış vəziyyətlə əlaqədar azərbaycanlıların ölkəmizə təxliyəsi gündəmə gəlib. İlk 24 saat ərzində vətəndaşlarımız yalnız quru yolundan istifadə edərək həmsərhəd dövlətlərə keçidi mümkün idi”.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O qeyd edib ki, ilk saatlardan başlayaraq həmsərhəd ölkələrlə danışıqlar aparılıb: “Vətəndaşlarımız Moldova, Polşa, Slovakiya, Rumıniya, Macarıstan istiqamətindən keçərək Ukraynanı tərk edə bilər. Viza rejimi ləğv edilib. Bu günə kimi 4000-ə qədər azərbaycanlı sərhədi keçib. İndiki vəziyyətdə hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi vacib məsələdir. Dünən artıq Xarkovdan azərbaycanlılar qatarla çıxarılıb, 800-dən çox azərbaycanlı Xarkov Moldova istiqamətində yola düşüb”.