“Ən çox sıxlıq Moldova sərhədindədir”.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, ilk iki çarter reysi ilə 168 Azərbaycan vətəndaşı Rumıniyadan gəlib: “Xüsusilə bu gün həyata keçirilmiş çarter reysində böyük üstünlük qadınlara, uşaqlara verilib. Bu çarter reysləri davam etdiriləcək. Bu gün 4-cü çarter reysi həyata keçiriləcək və 170-dən çox Azərbaycan vətəndaşı Azərbaycana gətiriləcək. Dünən Xarkovdan gələn qatarda isə 185 Türkiyə vətəndaşı da olub”.
O qeyd edib ki, proses birbaşa Azərbaycan dövlət başçısının nəzarətindədir.
L. Abdullayeva vurğulayıb ki, ikinci sıxlıq Polşa istiqamətindədir: “Vətəndaşlarımız toplaşdıqca ölkəmizə Polşadan da çarter reysləri həyata keçiriləcək. Vətəndaşlarımızdan xahiş edirik ki, sərhədi keçdikdən sonra bu ölkədəki səfirliklə əlaqə saxlasınlar”.