• 27 Dekabr 2024
logo
Deputat: “Araik və digər erməni cinayətkarlar hələ də həmin ərazilərdə qalır”

Deputat: “Araik və digər erməni cinayətkarlar hələ də həmin ərazilərdə qalır”

“Üçtərəfli bəyanat imzalanandan sonra Ombudsman tərəfindən sülhməramlıların nəzarəti altında olan ərazilərdə monitorinqlər aparılıb-aparılmaması məsələsi qalır”.
Bunu bu gün Milli Məclisdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı deputat Nigar Arpadarai deyib.
Deputat bildirib ki, hazırda həmin ərazilərdə erməni cinayətkarlar hələ də qalır: “Onlardan biri də elə Araik Arutunyandır. Onlar silahlıdır, bu da ona gətirib çıxarır ki, orada olan azərbaycanlı və erməni əsilli vətəndaşlarımız həmişə risk altındadır. Ona görə hesab edirəm ki, bu məsələdə həm sülhməramlılar, həm də aidiyyəti qurumlarla iş aparılmalıdır”.