Ukraynadan təxliyə edilən daha bir qrup Azərbaycan vətəndaşı Rumıniyadan ölkəyə gətirilib.
XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Rumıniya ərazisindən həyata keçirilən növbəti çarter reysi ilə aralarında 7 körpə olmaqla, 184 sərnişin ölkəyə gəlib.
O qeyd edib ki, indiyədək baş tutan 7 çarter reysi ilə 1295 vətəndaş Azərbaycana gəlib.