Rusiya və Azərbaycan BMT və ATƏT kimi beynəlxalq platformalarda bir-birini dəstəkləyir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Azərbaycan arasında diplomatik münaisbətlərin qurulmasının 30 illiyinə həsr rolunan bəyanatında bildirilib.
“Beynəlxalq məsələlərdə Moskva ilə Bakının mövqeləri yaxındır, ya da bir çox məsələlərdə üst-üstə düşür. Biz MDB çərçivəsində sıx əməkdaşlıq edirik, Avrasiya məkanında inteqrasiya prosesləri kontekstində qarşılıqlı fəaliyyət göstəririk. Beynəlxalq platformalarda, o cümlədən BMT və ATƏT-də ölkələrimiz ənənəvi olaraq bir-birini dəstəkləyir, irqçilik, ksenofobiya, neonasizmin, milli, dil və din zəminində ayrı-seçkiliyin istənilən təzahürlərindən qəti şəkildə imtina etdiklərini nümayiş etdirirlər. Rusiya və Azərbaycan eləcə də nasizmi qəhrəmanlaşdırmaq, İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxmaq və tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı həmrəydirlər”,-deyə Rusiya XİN-in saytında yerləşdirilən materialda qeyd olunub.