“Milli Məclisin komitə iclaslarının Şuşada keçirilməsinə Prezident İlham Əliyev icazə verib”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, parlamentdə deputatlar tez-tez Şuşaya getmək istədiklərini bildirirdi: “Biz də ona görə bu təşəbbüslə çıxış etdik, Prezident İlham Əliyev bizə icazə verdi”.