• 4 İyul 2025
logo
Tokayev Xələf Xələfovu təltif edib

Tokayev Xələf Xələfovu təltif edib

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.
Qazaxıstan səfirliyi xəbər verir ki, görüşdə səfir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adından Qazaxıstan-Azərbaycan münasibətlərin inkişafında verdiyi mühüm töhfələrə görə Xələf Xələfova "Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi" yubiley medalını təqdim edib.
Danışıqlar zamanı diplomatlar ikitərəfli əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi məsələlərini, o cümlədən, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar müxtəlif tədbirlərin hazırlanması və keçirilməsini müzakirə ediblər.