• 15 Yanvar 2025
logo
Tunisdə qəzaya uğrayan gəmidən xilas edilən Azərbaycan vətəndaşları təxliyə ediləcək

Tunisdə qəzaya uğrayan gəmidən xilas edilən Azərbaycan vətəndaşları təxliyə ediləcək

Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayan gəminin heyəti arasında olan 2 Azərbaycan vətəndaşı xəsarət almayıb.
Bu barədə XİN-dən APA-nın sorğusuna cavab olaraq məlumat verilib.
"Aprelin 16-da Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb. Gəminin heyəti arasında 2 Azərbaycan vətəndaşı olub. Gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb. Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir", - deyə açıqlamada deyilir.