• 15 Yanvar 2025
logo
Niderland kənd təsərrüfatı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Niderland kənd təsərrüfatı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Niderland kənd təssərüfatı sahəsində ixraca görə ilk yerlərdədir.
Bunu Niderlandın Azərbaycandakı səfiri Paulin Eizema bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq edərək təcrübələrini yaxından bölüşdüklərini qeyd edib.
“Düşünürük ki, biz bu sahədə Azərbaycana daha çox təklif edə bilərik. Niderland "ağıllı kənd təssərüfatı" sahəsində qabaqcıl ölkədir və bu sahədə Azərbaycanla əməkdaşlıq edə bilər”.
Diplomat deyib ki, Niderland şirkətləri Azərbaycanla işləmək üçün öz marağını ifadə edib.
Bundan başqa, Paulin Eizema Bakı limanı və Niderlandın Rotterdam limanı arasında sıx əlaqlərin olduğunu və əməkdaşlığın dərinləşdirilməsi, təcrübə paylaşılması istiqamətində işlər görüldüyünü əlavə edib.