• 15 Yanvar 2025
logo
Latviyanın müdafiə naziri: “Şuşada olmaq böyük şərəfdir”

Latviyanın müdafiə naziri: “Şuşada olmaq böyük şərəfdir”

Azərbaycanda səfərdə olan Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks Şuşaya səfər edib.
Nazir Şuşada “Qarabağ atları” adlı sərginin açılış mərasiminə qatılıb.
“Mənim üçün Şuşada olmaq, bu sərgidə iştirak etmək böyük şərəfdir”, - Artis Pabriks vurğulayıb.
O bildirib ki, sərgidə Qarabağ atlarının fotoları nümayiş olunur: "Atlar həmişə azadlığın, dostluğun rəmzi olub. Düşünürəm ki, sərgi azadlığı, birliyi, qayıdışı təmsil edir”.
Müdafiə naziri əlavə edib ki, Bakıdan Şuşaya gələrkən yol boyu dağıntıları görüb: “Mən hər kəsə sülh və xoşbəxtlik arzu edirəm”.