• 26 Dekabr 2024
logo
Pakistanlı ekspert: Ermənistan Düşənbə razılaşmalarının reallaşdırılmasını təhlükə altına qoyur​​​​​​​

Pakistanlı ekspert: Ermənistan Düşənbə razılaşmalarının reallaşdırılmasını təhlükə altına qoyur​​​​​​​

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi MDB dövlət başçılarının sammiti zamanı imzalanmış Düşənbə razılaşmalarının reallaşdırılmasını təhlükə altına qoyur.

Trend-in məlumatına görə, bunu Azernews-a müsahibəsində pakistanlı siyasi ekspert Malik Əyyub Sumbal deyib.

Onun sözlərinə görə, regional və qlobal qüvvələr Cənubi Qafqazda genişmiqyaslı müharibəyə çevriləcək bu münaqişənin nizamlanması məsələsinə daha məsuliyyətlə yanaşmalıdır.

Son dövrlərdə qeydə alınmış erməni təxribatları, xüsusilə də cəbhə xəttində azərbaycanlı hərbçilərin öldürülməsi barədə danışan ekspert qeyd edib ki, Azərbaycan hər zaman müdafiə mövqeyi tutub və erməni mövqelətinə hücum etməyib.

Ermənistanın Naxçıvana hücum etmək planının mümkünlüyünə gəldikdə isə ekspert vurğulayıb ki, Ermənistan maddi və maliyyə ehtiyatlarının məhdudluğu səbəbi ilə yeni cəbhə açmaq iqtidarında deyil.