• 5 Fevral 2025
logo
"Postmüharibə dövründə ictimai həmrəyliyin güclənməsi önəmlidir"

"Postmüharibə dövründə ictimai həmrəyliyin güclənməsi önəmlidir" - Nurlan Qələndərli 

"Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyevin sosial siyasəti "dövlət siyasətinin əsasında vətəndaşların rifahı və inkişafı dayanır" fəlsəfəsinə əsaslanır. Şəhid ailələrinin, qazilərin, veteranların da yüksək dövlət qayğısı ilə əhatə olunması bu baxımdan xüsusi vurğulanmalıdır. Bu, cəmiyyətdə olduqca yüksək qiymətləndirilir".
Bu fikirləri xalqcəbhəsi.az saytına açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloqun sözlərinə görə, bu kateqoriyadan olan insanların mənzillərlə təminatı, müharibə veteranlarına avtomobillər verilməsi, onların sosial problemlərinin həlli üçün görülən işlər təqdirəlayiqdir: "Bu siyasət, eyni zamanda, milli birliyi gücləndirən amildir. Postmüharibə dövründə ictimai həmrəyliyin güclənməsi tarixi Qələbəmizin möhkəmləndirilməsi, yeni reallıqlara uyğun uğurlu fəaliyyətin davam etdirilməsi baxımından önəmlidir".

Əli Zülfüqaroğlu