Son günlər fəallaşmış “5-ci kolon” fəalları ciddi cəhdlə Azərbaycanda insan hüquqularının pozulduğu, guya ictimai fəllara basqıların təşkil olunduğu, onlara qarşı zorakılıq həyata keçirdiyi görüntüsü yaratmaq istəyirlər. Yəqin ki, hər birinizin Bakhtiyar Hajiyev , özünə jurnalist deyən Ayten Memmedova , “hüquq müdafiəçisi” Rüfət Səfərov un şoularına şahidlik etmisiniz.
Bir anlıq sual etmisinizmi ki, niyə məhz indi və bu cür mövzularda siyasi oyunlara start verilib? Elə bu suala cavab tapmaq üçün qısa bir araşdırma apardıq və ortaya çıxan faktlar bir daha isbatlayır ki, zorakılıq şouları düzənləyənlər, sosial şəbəkələrdə dövlət əleyhinə təşviqat quranlar, hətta icazəsiz aksiyalar keçirmək niyyətini elan edənlər sadəcə və sadəcə “qrant qulları” imişlər.
Belə ki, ABŞ-ın NED - National Endowment for Democracy fondu Azərbaycan üçün 2022-ci il üzrə ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970 235 dollar təşkil edir. Bu məbləğin 398 837 min dolları Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib. Xüsusilə də, ABŞ-ın National Endowment for Democracy Fondu 2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarda may ayında təcili qrantların maliyyələşdirilməsi ilə bağlı bənd də var. NED və bu tip institutların təcrübəsində “təcili qrantların ayrılması” hansısa prosesi təcili maliyyələşdirmək üçün nəzərdə tutulur. NED-in verdiyi elandan da bəlli olur ki, təcili qrantların ayrılması mayın 25-nə qədər olan dövrü əhatə edir. Hazırda həmin təcili qrant layihəsini icra edən “5-ci kolon” Aytən Məmmədova ilə bağlı baş vermiş məişət hadisəsini qabardır, bu kimi bir neçə digər hadisəni də əhatə edərək, guya Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğu görüntüsü yaratmağa cəhd göstərirlər.
Onu da əlavə edək ki, iyunun 10-12-i tarixlərində Bakıda Formula-1 yarışması start götürəcək. Bunun fonunda Rüfət Səfərov, Bəxtiyar Hacıyev, Aytən Məmmədova ilə bağlı baş verən şou hadisələr, Milli Şuranın və NED-ə bağlı ictimai fəalların bəyanat yayması, ABŞ-ın Azərbaycandakı səfirliyinin buna dərhal reaksiyası, sonda isə hadisənin hətta, ABŞ Dövlət Departamentinin diqqət mərkəzinə gəlməsi və bütün bunların nəticəsi olaraq həmin “fəalların” aksiya təyin etməsi beynəlxalq yarışmanın keçiriləcəyi günlərdə təşkil olunacaq anti-Azərbaycan kampaniyaya fakt-əsaslar formalaşdırmaq məqsədi güdür...
P.S. İndi aydın oldumu ki, bəxtiyarlar, rüfətlər, Fuadlar, aytənlər niyə şou göstərirlər? Bax, həmin kiçik qrantları almaq üçün. ABŞ-dan ayrılan qrantı elə ABŞ səfirliyinin köməkliyi ilə də yemək istəyirlər...