• 5 Fevral 2025
logo
Prezidentin köməkçisi: "TDT olaraq dünyaya əməkdaşlığı, xoş niyyətimizi təqdim edirik"

Prezidentin köməkçisi: "TDT olaraq dünyaya əməkdaşlığı, xoş niyyətimizi təqdim edirik"

"Çirkin təbliğatlara qarşı Türk Dövlətlər Təşkilatına (TDT) üzv ölkələrin birgə səylərini artırması zəruridir".
Bunu İstanbulda keçirilən TDT media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısında çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib:
“Türk dünyasının, bizlərin dünyaya mesajı çox aydındır – TDT olaraq dünyaya əməkdaşlığı, xoş niyyətimizi təqdim edirik və məqsədimiz də bundan ibarətdir”.
Hikmət Hacıyev Azərbaycan və Türkiyə arasında yaradılan Media Platformasının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, bu cür platformaların, konsepsiyanın təşkilata üzv olan digər ölkələrlə də həyata keçirilməsinin önamini qeyd edib.