“Əminəm ki, səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəkdir. Biz əməkdaşlığımızın səviyyəsindən məmnunuq”.
Bunu Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Litva Prezidentinin səfəri çərçivəsində bir sıra tədbirlər baş tutacaq ki, onların arasında biznes forum da var: “İşgüzar dairələrimiz arasında praktiki fəaliyyətlə bağlı qarşılıqlı böyük maraq var.
Əlbəttə, siyasi əlaqələrimiz, siyasi dialoq və regional vəziyyət bu gün müzakirə edəcəyimiz məsələlər sırasındadır və mən həqiqətən də şadam ki, biz Bakıda görüşmək imkanı əldə etmişik”.