Avropa Parlamentində Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand Milli Məclisin deputatı Tural Gəncəliyevlə görüşüb.
Bu barədə Marina Kalyurand “Twitter“də bildirib.
Nümayəndə heyətinin rəhbəri Kalyurand Tural Gəncəliyevi Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunması münasibətilə təbrik edib.
“Tural Gəncəliyev və deputat Sevil Mikayılova ilə çox yaxşı müzakirələr apardıq. Əməkdaşlığımızı və növbəti Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclaslarını səbirsizliklə gözləyirik”, - o qeyd edib.