• 21 Dekabr 2024
logo
Bolqarıstanda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Bolqarıstanda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetində Azərbaycanın Bolqarıstandakı səfirliyi və Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik Günü və Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Sofiya Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti, eləcə də digər qonalar iştirak ediblər.
Səfir Hüseyn Hüseynov, Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin 30 il ilə məhdudlaşmadığını və daha dərin tarixi köklərə malik olduğunu bildirib. Hazırda da iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə fəal əlaqələrin inkişaf etdirildiyi vurğulanıb.
Tədbirin açılışında Sofiya Universitetinin prorektoru, professor Vasil Marinov qonaqlara ikitərəfli əlaqələrin tarixi haqqında məlumat verərək, Sofiya Universitetində öyrənilən bir çox dillər arasında Azərbaycan dilinin türkologiyada ən diqqətəlayiq dillərdən biri olduğunu və maraqla öyrənildiyini qeyd edib. O, Universitet nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin mühüm rolunu qeyd edərək, onun bolqar gənclərinin təkcə Azərbaycan dili deyil, həm də tarixi, ədəbiyyatı, mədəniyyəti və adət-ənənələri ilə tanış olmaları üçün imkan yaratdığını qeyd edib.

Bolqarıstanda Azərbaycanın Müstəqillik Günü qeyd olunubBolqarıstanda Azərbaycanın Müstəqillik Günü qeyd olunub