• 27 Dekabr 2024
logo
UNESKO nümayəndəsi: Bir sıra mədəniyyət abidələri artıq təhlükə altında deyil

UNESKO nümayəndəsi: Bir sıra mədəniyyət abidələri artıq təhlükə altında deyil

İsrailin Vifleyem şəhərində İsa Məsih kilsəsi və Çilidəki qəbirüstü daşlar təhlükə altında olan Ümumdünya irs obyektləri siyahısından çıxarıla bilər.
Trend-in məlumatına görə, bunu UNESKO Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda keçirilən mətbuat konfransında deyib.
Direktor bildirib ki, bu abidələrin qorunması üçün İsrail və Çili hökumətlərinə zəruri yardım göstərilir.
Qeyd edək ki, 43-cü sessiyada xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.