• 27 Dekabr 2024
logo
Diaspor sədri azərbaycanlı alimin məqbərəsində

Diaspor sədri azərbaycanlı alimin məqbərəsində

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Ibrahim Gülşəni Bərdəi həzrətlərinin məqbərəsinin təmiri ilə bağlı tədbirdə çıxış edib.

S.Nəsirov çıxışında böyük azərbaycanlı alim İbrahim Gülşəni həzrətinin həyatından bəhs edərkən, onun Azərbaycanda, Bərdədə 1426-cı ildə doğulduğunu qeyd edib. Gülşəni müxtəlif ölkələrə elm əldə etmək məqsədilə səfər edəndən sonra ömrünün son 30 ilini Misirdə keçirərək və orada vəfat edir. 1485 ci ildə Misirə gələn Gülşəni yerli xalqın rəğbət və ehtiramını qısa müddət ərzində qazanıb.Müridlərinin sayı minlərlə olub.
Diaspora sədri məqbərənin təmirində iştirak edənlərə, Azərbaycan diasporu adından dənin minnətdarlığını bildirib..

Tədqiqatçı Azərbaycanla bağlı apardığı araşdırmalar əsnasında İbrahim Gülşəni haqqında da məlumata rast gəlir və onun Qahirədə dəfn olunduğunu biləndən sonra dəfn olunduğu məqbərəni axtarır. Qahirə şəhərinin əl-Dərb əl-Əhmər rayonunda yerləşən məqbərəni tapmasına baxmayaraq, Misirin İrsi Qoruma Nazirliyi tərəfindən təmirə ehtiyacı olduğundan dolayı bağlandığını görür. Gülşəniyyə təriqəti, Xəlvətiyyə təriqətinin bir qolu olduğu üçün Seymur Nəsirov dəfələrlə Misirdə Xəlvətiyyə təriqətinin məşhur şeyxləri ilə görüşür və məqbərənin təmir edilməsi və yenidən ziyarət üçün açılmasından ötrü Misir hökümətinə müraciət etmələrini xahiş edir. Onlar da bir neçə dəfə müraciət edirlər.
S.Nəsirov məqbərənin ətrafında yaşayan yerli xalqla görüş zamanı onların Gülşəni həzrətlərinin böyük kəramət sahibi olduğunu yekdilliklə qeyd etdiklərinin şahidi olur.