• 12 İyul 2025
logo
Azərbaycan və Türkiyə XİN başçıları Bakıda görüşdülər

Azərbaycan və Türkiyə XİN başçıları Bakıda görüşdülər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin Xarici İşlər nazirlərinin növbədənkənar iclası çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə görüşlər keçirib.

Trend-in məlumatına əsasən, tərəflər təşkilat çərçivəsində əməkdaşlıq perspektivlərini və onun gələcək inkişafını müzakirə ediblər.

Görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olundu.

Tərəflər hər iki ölkənin iştirakı ilə reallaşdırılan mühüm layihələri müzakirə edərək Azərbaycan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrin əhəmiyyətini xüsusilə vurğuladılar.

Həmçinin Türk Şurasının əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılaraq, təşkilatın beynəlxalq səviyyədə artan nüfuzundan və beynəlxalq təşkilatlar ilə əmədaşlığından danışıldı.

Nazir Elmar Mammadyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırki vəziyyəti və bu xüsusda, keçirilmiş Cenevrə görüşü ilə bağlı qarşı tərəfə məlumat verdi.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldı.