• 12 İyul 2025
logo
Bakı polisi bir gündə axtarışda olan 12 nəfəri saxladı

Bakı polisi bir gündə axtarışda olan 12 nəfəri saxladı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də 20 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, qəsdən adam öldürməyə cəhdə görə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 2 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 12 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.