Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımı parkı və abidə kompleksinin tikintisinə başlanılıb.
Bunu Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba deyib.
Onun sözlərinə görə, bu kompleks Tarix İnstitutunun elmi dəstəyi ilə Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti arasında imzalanan anlaşmaya əsasən universitet ərazisində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyində olub.