Səhiyyə Nazirliyində yeni kadr təyinatı olub.
Prezident İlham Əliyevin sərəncamı ilə Viktor Qasımov Səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib.
Səhiyyə Nazirliyindən məlumatı Trend-ə təsdiqləyiblər.
Xatırladaq ki, Viktor Qasımov bu vaxta qədər Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri vəzifəsində işləyib.