Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: “Dəyərli millət vəkilim, hörmətli Qüdrət bəy, 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə əldə etdiyiniz uğur və millət vəkili seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu münasibətlə yeni vəzifənizdə uğurlar arzulayır və ən səmimi salamlarımı çatdırıram”.