• 6 İyul 2025
logo
Latviya səfirliyi viza müraciətlərinin qəbulunu dayandırdı

Latviya səfirliyi viza müraciətlərinin qəbulunu dayandırdı

Latviyanın Azərbaycandakı səfirliyi viza müraciətlərinin qəbulunun dayandırıldığını bildirib.

Bu barədə səfirlik "Facebook" səhifəsində məlumat yayıb.

"COVID 19-un yayılması ilə əlaqədar, Latviya hökuməti aprelin 14-ə qədər ölkədə fövqəladə vəziyyət elan edib. Latviyaya edilən bütün uçuşlar, qatar və avtobus xidmətləri ləğv edilib. Bu səbəbdən aprelin 14-dən əvvəl tarixlərə Latviyaya giriş üçün Şengen viza müraciətləri Bakıdakı Latviya səfirliyinin viza xidmətini təmsil edən VFS Global-da qəbul edilməyəcək. Səfirlik martın 29-dək bağlı olacaq. Hər hansı bir sualınız olarsa, [email protected] elektron poçt ünvanına göndərin", - deyə səfirliyin paylaşımında qeyd edilib.