• 9 May 2025
logo
Qarabağda yeni reallıq yarandı - Vartanyan

Qarabağda yeni reallıq yarandı - Vartanyan

Azərbaycanın hücumundan sonra regionda yeni reallıq yaranıb.

xəbər verir ki, bunu “İnternational Crisis Group”un analitiki Olesya Vartanyan Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirləri haqda qeyd edib.

“Xankəndinin “yerli hakimiyyət orqanları” kapitulyasiyanı qəbul edib və indi bütün diqqət iki mövzuya yönələcək: üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi və Qarabağda humanitar problemlərin həlli”, - Vartanyan bildirib.

Onun sözlərinə görə, toqquşmaların qarşısını almaq mümkün olsa və Azərbaycan yerli sakinləri qala biləcəklərinə inandırsa, o zaman Bakı və İrəvan yaxın vaxtlarda sülh müqaviləsi imzalaya biləcəklər:

“Lakin hələlik həll olunmamış çoxlu məsələ var. Silahların yerə qoyulması və yerli hakimiyyət orqanlarının ləğvinin necə baş verəcəyi bəlli deyil. Müqavilələrin icrasına kim cavabdeh olacaq? Hələ ki, biz Bakının öz rəhbərliyini təyin edib-etməyəcəyini və bunun yerli ictimaiyyətlə bağlı olub-olmayacağına aydınlıq gətirdiyini görməmişik. Yeni rəhbər yerli şəxsdən təyin ediləcək, yoxsa gətiriləcək?”