Siyavuş Novruzov: Mübariz Mənsimovun azad olunması üçün insanların kütləvi aksiyalara çağırılması heç bir halda doğru deyil
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun azad olunması üçün onun Azərbaycandakı qohumlarının insanları kütləvi aksiyalara çağırmasını pisləyib.
S.Novruzov açıqlamasında bildirib ki, Mübariz Mənsimovun azad olunması üçün insanların kütləvi aksiyalara çağırılması heç bir halda doğru deyil:
"Mübariz Mənsimovun qohumları çağırış edir ki, camaat kütləvi aksiyalara çıxsın, mitinqlər keçirsin. O, Nelson Mandeladır, Martin Lüter Kinqdir? Və yaxud Qarabağ, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb, dövlət çevrilişlərinin qarşısının alınmasında iştirak edib? Camaat çıxıb onu niyə müdafiə etsin? Görünür, Mübariz Mənsimov hansısa qanunazidd əməl törədib və buna görə də onu həbs ediblər. Özünə arxayındırsa, qoy gedib məhkəmə qarşısında cavab versin. Buna görə insanları kütləvi aksiyalara çağırmaq, sabitliyi pozmağa gərək yoxdur.
Bilirisiniz ki, bu gün dünyada koronavirus təhlükəsi ciddi təhdidə çevrilib və Azərbaycan da virusun yayılmasının qarşısının alınması üçün ciddi tədbirlər görür, eyni zamanda insanların kütləvi tədbirlərdən çəkinməsi ilə bağlı çağırışlar edilib. Belə bir vəziyyətdə Mübariz Mənsimovun qohumları insanların həyatını təhlükəyə ataraq onları qanunsuz olaraq kütləvi aksiyalara çağırır. Hesab edirəm ki, insanlar belə çağırışlara qoşulmamalıdırlar, hazırda bizə bu, lazım deyil. Bu gün bizim əsas məqsədimiz insanları virusa yoluxmaqdan qorumaqdır".
Digər xəbərlər
30 Dekabr 2024 10:15
2 240
28 Dekabr 2024 13:32
3 045
28 Dekabr 2024 09:24
3 122
27 Dekabr 2024 12:36
3 507
27 Dekabr 2024 12:15
3 542
27 Dekabr 2024 11:27
3 311
26 Dekabr 2024 19:53
3 948
26 Dekabr 2024 17:41
4 060
26 Dekabr 2024 14:33
2 366
26 Dekabr 2024 13:30
2 366
26 Dekabr 2024 13:08
4 158
26 Dekabr 2024 12:46
2 023