• 12 İyul 2025
logo
“Dövlət ictimai həyata çox az müdaxilə etməlidir”

“Dövlət ictimai həyata çox az müdaxilə etməlidir”

Son vaxtlar Milli Məclisə iqtisadi sferada münasibətlərin tənzimlənməsi ilə əlaqədar olaraq mütərəqqi qanunlar daxil olur. Biz, bundan öncəki iclasda Rəqabət Məcəlləsini qəbul etdik, indi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsini müzakirə edirik. Hər iki qanun layihəsini hazırlayan işçi qrupa öz təşəkkürümü bildirirəm. Amma təkliflərim var. Birinci oxunuşun tələblərinə uyğun olaraq nəyi qeyd etmık istəyirəm?”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili “əvvəla burada Qiymətləndirmə Palatası yaradılacaq və çox təəssüf ki, yenə də yəqin ki, Vəkillər Kollegiyası kimi bir strukturun yaradılmasından söhbət gedir”, - deyə bildirib: “Biz, qanunda nəzərdə tutmalıyıq ki, çox sayda belə palatalar yaradıla bilər. O cümlədən, Azərbaycanda Ticarət və Sənaye Palatası var. Ona da qanunla səlahiyyətlər verilməlidir. Ümumiyyətlə, bu qiymətləndirmə fəaliyyəti kommersiya xarakterlidir. Qiymətləndirmə Palatasının fəaliyyəti həm də “İcitmai Birlikər Haqqında” qanunla tənzimlənir. Yəni bu, hökumət təşkialtı deyil, qeyri-hökumət təşkilatıdır. Ona görə də bu qanunda nəzərdə tutulur ki, qiymətləndirmə təşkilatının üzvləri, bu işi görən şəxslər olmalıdır, mütləq Qiymətləndirmə Palatasının üzvləri olmalıdırlar, onlar ali təhsili omalıdırlar. 3 ildən az olmayan iş stajı olan şəxslər məcburi qiymətləndirməni həyata keçirə bilər və s. Məncə ali təhsillə yanaşı, orada həm də iqtisadiyyat maliyyə, hətta əmtəəşünaslıq üzrə xüsusi biliklərin olması da tələb olunmalıdır ki, sözügedən sahəyə peşəkar mütəxəssislər gəlsinlər”.
Millət vəkili həmçinin əlavə edib: “İmtahanların keçirilməsi ilə bağlı qeyd olunur ki, imtahanı müvafiq dövlət orqanı keçirir: “Yəni imtahanı Dövlət İmtahan Mərkəzi keçirəcək. Vəkillər Kollegiyasında da bu belədir. Nə Vəkillər Kollegiyası, nə də Qiymətləndirmə Palatası dövlət təşkilatları deyil. Ona görə də o təşkilatlar üçün qanunda dövlətin imtahan keçirməsinin yazılmasını doğru saymıram. İstənilən bir təşkilat Dövlət İmtahan Mərkəzi ilə müvafiq müqavilə imzalayıb, pul ödəyib xahiş edə bilər ki, “müqavilə bağlayıram, mənim üçün bu imtahanı keçir”. Qanunda bunu birbaşa dövlət orqanının təşkil etməsini yazmaq doğru deyil. Niyə bunu dövlət orqanı təşki etməlidir? Onda sabah siyasi partiyalarının üzvlərini də dövlət orqanları seçsin, yaxud qeyri-hökumət təşkilatlarının üzvlərini də dövlət orqanları müəyyənləşdirsin ki, qeyri-hökumət təşkilatının üzvü ola bilər ya yox. Mən, hesab edirəm ki, dövlət ümumiyyətlə ictimai həyata çox az müdaxilə etməlidir. “Dini etiqad azadlığı haqqında” qanun qəbul etdik. Orada yazırdıq ki, 50 nəfər dini icma yarada bilər. Amma sonra deyirik ki, amma icmanın başçısını dövlət təyin edəcək. Yəni ictimai təşkilatın başçısını dövlət təyin edir, yəni dövlətin ictmai həyata bu qədər müdaxilə etmsini doğru saymıram və hesab edirəm ki, növbəti oxunuşlarda bu məsələlərə yenidən baxmalıyıq. Məsələn, məcburi qiymətləndirmədə 3 il iş stajı tələb olunur. Əgər bu yeni yaradılırsa, o zaman ən azı qeyd olunmalıdır ki, 3 ildən sonra bu tələb qüvvəyə minir və s. Ümumilikdə isə hesab edirəm ki, qanun layihəsi çox mütərəqqi bir layihədir, lazmlıdır və mən də buna səs verəcəyəm”.

Əli