• 30 İyul 2025
logo
Azərbaycanın Əfqanıstanda səfirliyi açılacaq

Azərbaycanın Əfqanıstanda səfirliyi açılacaq

Azərbaycanın Əfqanıstanda diplomatik missiyası fəaliyyətə başlayacaq.

Baymedia.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, gələn il müxtəlif ölkələrdə Azərbaycanın yeni diplomatik nümayəndəliklərinin açılması gözlənilir.

O bildirib ki, bu istiqamətdə işlər davam edir:

"Tailanda, Omanda, Əfqanıstanda diplomatik missiyalarımız fəaliyyətə başlayacaq. Bu, qarşıdakı aylarda ola bilər".