NATO Ermənistana ayaq açarsa…
Ermənistanda antiRusiya siyasəti gündən-günə güclənir. Bu dəfə ermənilər İrəvanın Zvartnots hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçiriblər.
"Ermənistan Respublikasının vətəndaşı olan ləyaqətli erməni üçün əcnəbinin öz ölkəsinin, evinin qapısını mühafizə etməsi, ölkəyə kimin buraxılıb-buraxılmayacağına əcnəbinin qərar verməsi qəbuledilməzdir. Gəlin birlikdə Rusiya işğalçısını Ermənistandan qovmaq və suveren dövlət yaratmaq iradəmizi ifadə edək", - aksiya iştirakçıları müraciətlərində qeyd ediblər. Aksiyada "Rusiya düşməndir", "Rusiya alçaqdır", "Rusiya, Ermənistandan rədd ol" şüarları səsləndirilib.
Xarici ekspertlərin fikrincə, Ermənistan rus hərbçilərini ərazidən çıxarıb, NATO qüvvələrinin orada yerləşdirilməsinə çalışırlar. Rəsmi İrəvanı ruhlandıra isə elə Qərbdir.
NATO-nun genişlənməsi üzrə Avropa Komissiyasının rəhbəri Günter Flinger X platformasında Ermənistanın NATO alyansına qoşulmasını mümkün hesab etdiyini yazıb: “Biz bütün bunları təhlil etməli və Ermənistanın milli maraqlarının nədən ibarət olduğunu başa düşməliyik”.
Buna reaksiya olaraq, “Yeni Rusiya Dövlətinin İnkişafı” İnstitutunun direktoru NATO-nun Ermənistanda olmasının mümkünlüyü barədə xəbərdarlıq edərək bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu müddətdə bu ölkədə heç bir Amerika hərbi bazası yaradıla bilməz.
Xatırladaq ki, 2 min nəfərlik əməkdaşı olan ən böyük Amerika səfirliklərindən biri Ermənistanda yerləşir və onların arasında çoxlu hərbçi var.
Xatırladaq ki, hələ yanvarın ortalarında NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarın müşayiəti ilə Ermənistana səfər edib və yanvarın sonunda “Armenpress”ə verdiyi müsahibədə nəticələri ümumiləşdirib. Ermənistanın “Past” nəşri yazıb ki, Xavyer Kolomina Ermənistanda hakim rejimin Nikol Paşinyandan tutmuş Suren Papikyana qədər demək olar bütün yüksək rütbəli nümayəndələri ilə görüşüb və səfəri “ümumiyyətlə, yaxşı, çox əhəmiyyətli” kimi qiymətləndirib.
“Deyilənlərdən belə məlum olur ki, Paşinyan Rusiyada hansı manevrlər etməsindən asılı olmayaraq, əslində NATO-ya yaxınlaşır. Bir çox ekspertlərin fikrincə, Nikol Paşinyan NATO-ya yaxınlaşmaqla Ermənistanı daha da avantüraya çəkir. Üstəlik, Rusiya mediası və ekspertləri artıq bu bəyanatları demək olar yekdilliklə bildirirlər ki, NATO Ermənistanı “təhrik edir”, məqsədi Rusiyaya hücum etməkdir. Üstəlik, NATO Ermənistanla əməkdaşlığının hansı ölkəyə qarşı yönəldiyini belə gizlətmir. Yeri gəlmişkən, NATO-nun xüsusi nümayəndəsinin özlərinin regionda yeganə müttəfiqi olan Türkiyə və onun rolundan xüsusi narahat olduğunu qeyd etmək də yersiz deyil. Üstəlik, NATO-nun xüsusi nümayəndəsi çox açıq şəkildə başa salır ki, Ermənistan NATO-ya yaxınlaşarsa, Türkiyənin onun üzərindəki üstünlüyünü qəbul etməlidir. Bu, birbaşa yox, dipnotla deyilir, amma başa düşən başa düşəcək”, - deyə nəşr bildirib.
Rusiya Xalqlar Dostluğu Universitetinin Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun üzvü, amerikalı siyasi ekspert Endryu Koribkonun sözlərinə görə, Qərb 2020-ci ildən etibarən Paşinyanı Rusiyadan uzaqlaşmağa çalışır: “Paşinyan ötən həftə “Frans 24” telekanalına müsahibəsində Rusiyanın rəhbərlik etdiyi KTMT-də İrəvanın iştirakını dondurduqlarını və qarşıda atılacaq addımlara qərar vermək üçün bundan sonra baş verəcək prosesləri izləyəcəklərini deyib. Bundan sonra Paşinyan dərhal Rusiyanın Gümrüdəki bazasının bağlanması ilə əlaqədar müzakirə aparılmadığını və bu sahədə fəaliyyətin başqa bir müqavilə çərçivəsində tənzimləndiyini vurğuladı. Proseslərin belə inkişafı onun antirusiya platformasından hakimiyyətə gəlməsindən sonra proqnozlaşdırıla bilən idi. O, bu mövqeyini 2020-ci il müharibəsindən sonra daha da gücləndirdi. Fransa və ABŞ o vaxtdan bəri onu Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik blokundan çıxmağa təşviq etməyə çalışır. Paşinyan isə Azərbaycan ötən ilin sentyabrında bir günlük antiterror tədbirləri ilə işğal altındakı torpaqlarının geridə qalan hissəsini azad etdikdən sonra Rusiyaya qarşı ritorikasını daha da gücləndirib”.
Koribko bildirib ki, Ermənistan indi geostrateji baxımdan boz zonadadır, çünki Azərbaycan və ya Türkiyənin “hücum”una yol açacağı narahatlığına görə KTMT-dən hələ çıxmayıb:
“Lakin faktiki olaraq rəsmi İrəvan artıq KTMT-də iştirak etmir. Bütün hallarda Paşinyanın spekulyativ səyləri Fransa, ABŞ və s. dövlətlərin qoşunlarının ölkəyə dəvət edilməsi ilə nəticələnə bilər. Əlbəttə, Ermənistan ərazisində bəhs etdiyimiz ölkələrin qoşunlarının yerləşdirilməsi KTMT-nin şərtlərinin pozulması deməkdir. Nə Rusiya, nə də digər üzvlərin buna razı olması mümkündür. Bununla belə, Ermənistan artıq AB-nin müşahidə missiyasına ev sahibliyi edir və Moskva İrəvanı şərtləri pozduğuna görə KTMT-dən çıxarmaqla hədələmədi. Odur ki, daimi mövcudluq ssenarisi gerçəkləşdirmək və Rusiyanı tələyə çəkmək üçün xarici qoşunların müvəqqəti şəkildə yerləşdirilməsi də mümkündür. NATO-ya üzvlüyün ərəfəsində olan İsveç ötən il ABŞ-la ölkədəki bütün hərbi bazalara çıxış imkanı verəcək hərbi əməkdaşlıq sazişi imzalayıb. Fikrimcə, ABŞ və ya Fransa, yaxud hər ikisi birlikdə bu ilin sonunadək Ermənistanla da ordu və hərbi texnika göndərməyə imkan verən bənzər təhlükəsizlik müqaviləsi imzalaya bilər. Məqsəd isə Ermənistanın KTMT-dən çıxması real olduğu təqdirdə onu Türkiyə və ya Azərbaycandan, əslində isə Rusiyadan qorumaqdır. Hadisələrin inkişafı Ermənistanın təşkilatdan çıxmasının qaçılmaz olduğunu göstərir.
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana öz milli təhlükəsizliyini NATO-ya təhvil verməmək , bloka Rusiya qədər etibar etməyin qeyri-mümkünlüyü barədə xəbərdarlıq edib. Lakin Paşinyan başqa cür düşünməyə inandırılıb ki, bu da onun geostrateji dönüşə başlamasının əsasını təşkil edir. Əgər NATO Ukraynadan Rusiyaya qarşı istifadə etdiyi kimi, fərqli formalarda Ermənistandan Azərbaycan və ya Türkiyədə sabitliyi pozmaq üçün istifadə edərsə, onda Bakı ilə Ankara təhdidlərə son qoymaq üçün İrəvana qarşı öz xüsusi əməliyyatını keçirə bilər”.
Dekabrın 25-də Gürcüstan dövlət televiziyasına müsahibəsində NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina deyib: “Ermənistan çox açıq şəkildə xarici siyasətində bəzi dəyişikliklər etmək, Rusiya ilə müəyyən məsafə saxlamaq qərarına gəlib. Biz bunu alqışlayırıq. Ermənistan vətəndaşları qərarlar qəbul etməkdə azaddırlar və onlar elə bunu qərara alıblar. Mənim nəzərimdə Ermənistan artıq bizə yaxınlaşmağa başlayıb”.
NATO baş katibinin nümayəndəsi əlavə edib ki, indi Ermənistan NATO ilə “daha çox əməkdaşlıq və dialoq istəyir”.
Hələ ötən il Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında deyib ki, Rusiya Cənubi Qafqazda NATO maraqlarının Ermənistan vasitəsilə təşviqinə cəhdlər görür.
“Anti-Rusiya əhvali-ruhiyyəsinin qızışdırılmasına gəlincə, bu, müəyyən dərəcədə süni şəkildə həyata keçirilir. Ermənistanda son illər yaradılan qeyri-hökumət təşkilatlarının sayından xəbərimiz var. Bunların sayı əvvəllər də çox idi. Əlbəttə ki, bu təşkilatlar Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmayıb. Onlar anti-Rusiya əhvali-ruhiyyəsi üçün zəmin yaratmaq və ilk növbədə ABŞ-ın, Avropa İttifaqının, NATO ölkələrinin Ermənistan vasitəsilə bu regionda maraqların təşviqinə hazırlıq görmək məqsədi daşıyır. Biz bu cəhdləri görürük. Onlar bu yolla müəyyən nəticələr də əldə edirlər”, - o vurğulayıb.
Siyasi ekspert Fuad Əliyevin fikrincə, Ermənistnın rəsmi Moskvaya acıq edib KTMT-dən çıxmaq iddiası və ərazisini Fransa, ABŞ-ın polirqonuna çevirmək istəyi ona baha başa gələcək: “44 günlük müharibədə əldə etdiyimiz qələbəb təkcə Ermənistanı yox, vropnın da narahatlığına səbəb olub. Ermənistn KTMT-ni İkinci Qarabağ mühribəsinə cəlb etmək istəyirdi, bun nə qədər cəhdlər etdi. Amma nail olmadı. Paşinyan Moskvya arxalanırdı ki, Putin Bakını dayandıracaq və yxud bu prosesdə Ermənistna həri dəstək göstərəcək. Bütün bunlar fiaskoya uğrayandan sonra Paşinyan Kremlə açıq formada xəyanət edərək, ipini Qərbin əlinə vermək məcburiyyətində qaldı. Amma Qərb Ermənistanı tələyə salacaq”.
F.Əliyevin fikrincə, Paşinyanın belə addımları Ermənistanı ikinci Ukraynaya çevirəcək. O, qeyde dib ki, Paşinyan Qərbdən idarə olunur: “Paşinyan Soros-un maliyyə dəstəyilə hakimiyyətə gəlib. Bu gün də Qərb dairələrdən göstərişlər alır. Onun bu siyasəti təkcə Ermənistanda yox, Cənubi Qafqazın sabitliyinə təhlükə yaradır”.
Fuad Əliyevin fikirlərinə görə, Qərbi heç vaxt Ermənistn düşündürmür, onu marağı İrəvanı Moskvadan ayırmaq, uzaqlaşdırmaq NATO-nu Ermənistana çəkmək və Rusiyaya gözdağı verməkdir.
Politoloq Mirsamir Məmmədov isə deyib ki, Paşinyan Moskvaya xəyanət etməklə bütün Ermənistanı zərbə altına atmış olacaq: “Rusiya istəsə bir həftəyə Ermənistanda çevriliş planı həyata keçirə bilər. Sadəcə hələ Pşinyanın oyunlrını kənardan izləyir. Pşinyan da elə zənn edir ki, Fransa, ABŞ, Almaniya onun arxasında duracaq və Rusiy ilə üz-üzə gələcək. Avropa heç vaxt Ermənistana görə Rusiya ilə üz-üzə gəlmək istəməz. Zatən meydanda Ukrayna məsələsi yaşanır. Avropa həm maddi, həm də silah məsələsində Ukraynaya böyük yardımlar edir ki, Rusiya çöksün. Amma hələ də məqsədinə çatmayıb. Digər tərəfdən isə Ermənistanı dəstəkləməyə gücü çatmaz. Düzdür, Qərb vəd verə, çağırışlar edə bilər. Bütün bunlar Putini qorxutmq məqsədi daşıyır. Ermənistanın tək çıxış yolu, qonşuları, xüsusən də Azərbaycanla sülh müqaviləsi bağlamaq və Rusiyaya xəyanət etməməkdir”.
Cavid