• 8 Sentyabr 2024
logo
Zəngilanda QHT-lərin Əməkdaşlıq Forumu keçirilir - FOTO

Zəngilanda QHT-lərin Əməkdaşlıq Forumu keçirilir - FOTO

Zəngilanda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, forum Zəngilan Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilir. Forumda Azərbaycanda fəaliyyət göstərən 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi, media təmsilçiləri, ictimai xadimlər iştirak edirlər.

Tədbirdə “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələr keçiriləcək.

Forum iki gün davam edəcək.

Zəngilanda QHT-lərin Əməkdaşlıq Forumu keçirilir - FOTO Zəngilanda QHT-lərin Əməkdaşlıq Forumu keçirilir - FOTO Zəngilanda QHT-lərin Əməkdaşlıq Forumu keçirilir - FOTO Zəngilanda QHT-lərin Əməkdaşlıq Forumu keçirilir - FOTO Zəngilanda QHT-lərin Əməkdaşlıq Forumu keçirilir - FOTO Zəngilanda QHT-lərin Əməkdaşlıq Forumu keçirilir - FOTO