• 30 Dekabr 2024
logo
Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşəcək

Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşəcək

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüş dəvətimizə müsbət cavab verib.

Baymedia.az xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib.

Onun sözlərinə görə, bu koalisiyada Azərbaycandan cəmi 1 təşkilat var, o da çətir qurum olan Azərbaycan Milli QHT Forumudur: “Koalisiyadakı qalan üzvlərin hamısı 50 ölkədən olan 200-dən çox xarici QHT-dir. Onların içərisində yüzlərlə QHT-ni ətrafında birləşdirən xeyli çətir təşkilatlar da var. COP29 QHT Koalisiyası təxminən 1 ay öncə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb. Artıq 3 dəfə dünyanın müxtəlif ölkələrindən və regionlarından olan QHT-lərlə hibrit görüşlər keçirmişik.

Görüşlərdə xarici QHT təmsilçiləri COP29-un müəyyən edilmiş Prezidenti ilə görüşmək və müzakirələr aparmaq barədə təklif irəli sürmüşdü. Apardığımız danışıqlar nəticə verdi, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev sentyabrın 10-da COP29 QHT Koalisiyasının üzvləri ilə hibrit formada internet üzərindən görüş keçirib sualları cavablandıracaq, müzakirələr aparacaq. Artıq bu barədə üzv təşkilatları məlumatlandırmağa başlamışıq.

COP29 QHT Koalisiyasına yüksək maraq var, açığı belə gözləmirdik, demək olar ki, hər gün Koalisiyaya qoşulmaq üçün [email protected] e-mail ünvanımıza müxtəlif ölkələrdən müraciətlər daxil olur. Bu Koalisiya çox səmərəlidir, nümunəvi inklüzivlik platformasıdır, burada COP-larda səsi gur gələn və COP-larda iştiraka imkanı çatmayan dünyanın ən müxtəlif bölgələrindən olan QHT-lər birgə qlobal diskussiyalara qatılır”.