• 13 Noyabr 2024
logo
85 ölkədən QHT-lər ilk dəfə Azərbaycanın ətrafında vahid koalisiyada birləşib

85 ölkədən QHT-lər ilk dəfə Azərbaycanın ətrafında vahid koalisiyada birləşib

Bu ilin yayında Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış COP29 QHT Koalisiyasının noyabrında 6-da “zoom” vasitəsilə növbəti hibrit görüşü keçirilib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Xalqcebhesi.az-a bildirib ki, inklüzivlik amilinin əsas götürüldüyü COP29 QHT Koalisiyası qısa müddətdə iqlim dəyişmələri ilə mübarizədə dünyanın 85 ölkəsindən olan vətəndaş cəmiyyəti təşkilatlarının vahid səsinə çevrilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik 110 təşkilat COP29 QHT Koalisiyasının üzvüdür. Ümumilikdə, Koalisiyada yer alan təşkilatların sayı isə 380-ə çatıb. Koalisiyanın əsas məqsədi yerli və beynəlxalq QHT-lər arasında iqlim dəyişmələri ilə mübarizədə qlobal əməkdaşlığı təşviq etməkdir.

Bu dəfəki görüşdə COP29-da iştirakla əlaqədar məsələlər koordinasiya edilib, QHT-lər tədbirlər barədə məlumatlandırılıb.
Pan-Afrika İqlim Ədaləti Alyansının (PACJA) təmsilçisi Filip Kionzo COP29 zamanı Azərbaycan Milli QHT Forumu ilə birgə təşkil olunacaq beynəlxalq tədbir barədə danışıb. Görüşdə Azərbaycanın COP Atəşkəsi Çağırışı növbəti dəfə alqışlanıb.

85 ölkədən QHT-lər ilk dəfə Azərbaycanın ətrafında vahid koalisiyada birləşib85 ölkədən QHT-lər ilk dəfə Azərbaycanın ətrafında vahid koalisiyada birləşib85 ölkədən QHT-lər ilk dəfə Azərbaycanın ətrafında vahid koalisiyada birləşib85 ölkədən QHT-lər ilk dəfə Azərbaycanın ətrafında vahid koalisiyada birləşib