Emin Həsənli: “Qazilərimizin hər biri bizim üçün əzizdir, onları müharibələrə və dövrlərə bölmək lazım deyil”
“Vətən Müharibəsindəki möhtəşəm qələbədən sonra Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bir neçə fərman və sərəncamlar imzalanıb. Bu müharibədə iştirak etmiş şəxslər orden və medallarla təltif olunublar. Bu proses davam etdiriləcək.
Bu sözləri BayMedia-ya açıqlamasında Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli deyib.
Emin Həsənli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradıldığını və belə bir fondun yaradılmasının məqsədəuyğun olduğunu vurğulayıb: “ASAN XİDMƏT özünü sübut edib və əhali içərisində bu quruma böyük inam və etibar var. Fondun fəaliyyətini dünyanın istənilən yerində yaşayan azərbaycanlı izləyə biləcək. Bu fondun fəaliyyəti həddindən artıq yüksək olacaqdır. Eyni zamanda, şəhid ailələri və əlillər, 20 Yanvar şəhidləri və əlilləri, Çernobıl və Əfqanıstan hadisələrinin iştirakçıların təqaüdlərinin artırılması ilə əlaqədar sərəncamlar oldu. Bu tipli insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində cənab prezident mühüm addımlar atır. Eyni zamanda, yerli icra orqanlarında Vətən müharibəsi iştirakçıları ilə bağlı iş şöbələrinin yaradılması da çox mühümdür. Bu şöbələrdə ümidvarıq ki, şəhid ailələri və qazilərimiz işləyəcəklər. Bu çox təqdirəlayiq bir haldır. Məcburi köçkünlər üçün tikilən evlərin şəhid ailələrinə verilməsi də çox sevindirici hal oldu. Qısa zamanda şəhid ailələri və qazilərin mənzil problemi bütünlüklə həll olunacaqdır. Qarabağ qazilərinə avtomobillərin, mənzillərin verilməsi və şəhid ailələri üçün atılan addımlar çox diqqət çəkir. Azərbaycan dövləti qanunvericilikdə fərq qoymur. İstər I Qarabağ, istər II Qarabağ savaşı olsun, eləcə də 20 Yanvar və digər müharibələrin iştirakçıları olsun, qanunvericiliklə eyni yanaşma sərgilənir. Eyni sözləri Çernobıl faciəsinin aradan qaldırılmasında iştirak edənləri və Əfqanıstan müharibəsin iştirakçısılar barədə də deyə bilərik”.
Emin Həsənli KİV-ləri bu məsələlərdə diqqətli olmağa çağırıb: “Bu kateqoriyadan olan insanları bölmək olmaz. Bütün fərman və sərəncamlar hamıya eyni cür şamil olunur. Bundan sonra da belə olacaq. İndiyə qədər Azərbaycan dövlətinin siyasəti bu cür olub. Hər bir şəxs fikirlər səsləndirərkən həssas olmalıdır. Qazilərimizin hər biri bizim üçün əzizdir, onları müharibələrə və dövrlərə bölmək lazım deyil. Himnimizdə deyildiyi kimi, bu insanların hər biri Azərbaycan üçün qan tökmüş, can vermiş insanlardır. Ölkədə ən böyük status şəhid, sonra isə qazidir. Son günlərdə medal