• 22 Dekabr 2024
logo
“İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusunda layihənin yekun hesabat tədbiri keçirilib

“İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusunda layihənin yekun hesabat tədbiri keçirilib

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusunda layihəsinin yekun hesabat tədbiri keçirilib. Tədbirdə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin üzvləri ilə yanaşı, müxtəlif ali məktəblərin tələbə və müəllimləri, KİV-lərin, qeyri-kökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri iqtisad üzrə fəlsəfə doktoru (i.f.d.), dosent Rəsmiyyə Abdullayeva açaraq bu layihənin reallaşdırılmasına maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirib. O, icbari tibbi sığortanın əhəmiyyəti haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edənlər (“Sağlamlığa xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı, sədr müavini Pərvanə Vəliyeva, “İqtisadiyyat və hüquq” İctimai Birliyinin sədri, i.f.d., dos. Aqil Eyvazov, Sumqayıt Dövlət Universitetinin dosenti Lalə Mahmudova, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Orxan Məmmədov, Azərbaycan Texniki Universitetinin tələbəsi Dilman Əsədov, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin müdiri, i.f.d., dos. Yaşar Məmmədov, “Müasir ailə” İctimai Birliyinin sədri, dosent Mətləb Mahmudov və başqaları) 2020-ci ildən bütün ölkədə tətbiq ediləcək icbai tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan danışdılar, bu layihənin həyata keçirilməsinin əhali, xüsusilə də tələbələr arasında maarifləndirmə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar.
Tədbirdə layihə çərçivəsində keçirilən təlimlər əsasında hazırlanan videoçarx da nümayiş etdirilib.