• 27 Dekabr 2024
logo
İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin layihəsinin icrası davam edir

İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin layihəsinin icrası davam edir

İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Şəhid və qazilərin həyat yolunu işıqlandıraraq gənc nəslin maarifləndirilməsi” layihəsinin icrası davam edir.
Layihənin işci qrupunun – layihə rəhbəri Ramil Əliyev, layihə koordinatoru Qərənfil Rəhmanova, fotoqraf Tural Mahmudov, videoqraf Rəfail Dostəliyevin iştirakı ilə 2 mart 2022-ci il tarixində iclası keçirildi. Iclasa başlamazdan əvvəl şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. İclas Ramil Əliyevin çıxışı ilə açıq elan olundu. Ramil Əliyev Ölkə Prezidenti cənab İlham Əliyevə QHT-lərə dövlət dəstəyinə və Agentliyin maliyyə dəstəyinə görə öz minnətdarlığını bildirdi. O qeyd etdi ki, İctimai Birlik 1 il ərzində 50-ə yaxın çəkiliş apararaq şəhid və qazilərin tanıdılması istiqamətində bir çox işlər görmüşdür və bu layihə görülən işlərə çox dəstək olacaqdır. Həmçinin işçi qrupuna şəhidlərin və qazilərin tanıdılması istiqamətində vətəndaşlıq borcunu yerinə yetirərək fəal iştirak etdiklərinə görə öz təşəkkürünü bildirdi.
Daha sonra iclasda işlər üzrə bölgü aparıldı, şəhid və qazilərin siyahısı, rayonlar üzrə çəkilişlərin tarixi müəyyən olundu və təsdiq edildi.
Qeyd edək ki, layihə çərçivəsində 11 regionda- Balakən, Zaqatala, Bakı, Qax, Astara, Cəlilabad, Gəncə, Daşkəsən, Qusar, Quba və Sumqayıtda 20 şəhid və 10 qazinin tanıdılması məqsədilə çəkilişlər apararaq videoroliklər hazırlamaq və “Öndər TV” internet kanalında yayınlamaq nəzərdə tutulur.

İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin layihəsinin icrası davam edirİnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin layihəsinin icrası davam edirİnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin layihəsinin icrası davam edirİnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin layihəsinin icrası davam edirİnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin layihəsinin icrası davam edir