• 18 May 2024
logo
“Ağı qaradan seç” – BNM layihənin icrasına başladı

“Ağı qaradan seç” – BNM layihənin icrasına başladı

“Bakı Natiqlik Məktəbi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi verdiyi “Ağı qaradan seç” adlı layihənin icrasına başlayır.

Layihənin ideyasını KİV-lərdə və sosial şəbəkələrdə saxta xəbərlərə qarşı mübarizənin effektiv nümunələrini yaratmaq təşkil edir. Layihə çərçivəsində hazırlanması nəzərdə tutulan videokontentdə “saxta xəbərlər”lə effektiv mübarizənin nümunələri təqdim olunacaq.

Layihənin icra müddəti 3 aydır.