• 5 Fevral 2025
logo
Külək Bakıda evin damını uçurdu: xəsarət alanlar var - Foto

Külək Bakıda evin damını uçurdu: xəsarət alanlar var - Foto

Güclü külək Bakının Səbail rayonunun Əli Nəzmi küçəsi 2q ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin damını uçurub.

Baymedia.az Report-a istinadən xəbər verir ki, uçmuş dam evin içərisinə tökülüb.

Nəticədə iki nəfər - 22 yaşlı Murad İlham oğlu Əmiraslanov və 52 yaşlı Gülbəniz Ərərstun qızı Həsənova xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.