• 3 May 2024
logo
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

TƏBİB-dən Baymedia.az-a bildirilib ki, doğulan körpənin cinsi kişi, çəkisi 3 000,0 qr., boyu 49 sm. olub.

Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva, assistent Tünzalə Bəşirova tərəfindən uğurla icra olunub.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, Səadət Namazlının hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.

Xankəndidə ilk körpə dünyaya gəldi (FOTO)

Xankəndidə ilk körpə dünyaya gəldi (FOTO)

Xankəndidə ilk körpə dünyaya gəldi (FOTO)

Xankəndidə ilk körpə dünyaya gəldi (FOTO)

Xankəndidə ilk körpə dünyaya gəldi (FOTO)